Bakıda 6 otaqlı evdə yanğın qeydə alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin hamam otağında 1 ədəd paltaryuyan, plastik materialdan ibarət vanna və lambirdən ibarət tavan 5 m² sahədə yanıb.
Evin digər hissələri yanğından mühafizə olunub. Yanğın saat 05:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.