Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Teleqraf.com xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Bakı şəhər sakini Rövşən Məmmədovun idarə etdiyi “Subaru” və Gəncə şəhər sakini Mahir Məmmədovun sürdüyü “VAZ-2107”markalı avtomobil toqquşub.
Nəticədə “VAZ-2107”-nin sürücüsü Mahir Məmmədov hadisə yerində ölüb, sərnişini isə müxtəlif bədən xəsarətləri alıb. O, Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov