15 Sentyabr 2016 18:09
2 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda namus üstündə cinayət törədən İltizam Mehrəliyev və onun oğlu Kazım Mehrəliyevin işi üzrə məhkəmə prosesi keçirilib.


Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon ərazisində Ruslan Mehrəliyev ağlasığmaz addım atıb. O, qardaşının həyat yoldaşı ilə cinsi əlaqədə olan Loğman Babayevi kişilikdən məhrum edib.

Ruslan Mehrəliyev, аtаsı İltizam Mеhrəliyеv, əmisi оğlu İntiqam Mеhrəliyеv və qаrdаşı Kazım Mеhrəliyеv qısqаnclıq zəminində qonşuları Loğman Babayevə qarşı cinayət törədiblər.

Ruslan Mehrəliyev 17 sеntyаbr 2012-ci il tаriхdə sааt 03.00 rаdələrində Biləsuvаr rаyоnunun Аğаlıkənd kəndində yаşаyаn əmisi оğlu Sаkit Mеhrəliyеvin həyat yoldaşı və öz doğma bacısı Gülər Mеhrəliyеvа ilə görüşərək cinsi əlаqədə оlmаq üçün gələn Loğman Bаbаyеvi tutub.

Həmin vaxt Ruslаn Mеhrаliyеv Lоğmаn Babayevə kətmənlə bаş və sifət nаhiyələrinə bir nеçə dəfə zərbələr vurub. Daha sonra evdə taxtın altında gizlənən Loğmanı oradan çıxaran qohumlar ailənin ağsaqqalı İltizam Mehrəliyevin məsləhəti ilə ona daha ağır işgəncə vermək qərarına gəliblər. Onlar Loğman Babayevin cinsiyyət orqanını kəsiblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.2.1-ci və 126.2.3-cü (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır xəsarət yetirmə) maddələri ilə ittiham ediliblər.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Mehrəliyev 10 il, İntiqam Mehrəliyev 9 il 6 ay, Kazım Mehrəliyev 10 il, İltizam Mehrəliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər də, zərərçəkmiş tərəf də apelyasiya şikayəti veriblər.

Bir müddət əvvəl Şirvan Apelyasiya Məhkəməsində işə baxan hakim heyəti İltizam Mehrəliyev və Kazım Mehrəliyevin barəsində bəraət hökmü çıxarıb, digər təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
Həmin qərardan kasasiya protesti verən Baş Prokurorluq Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini istəyib.

Ali Məhkəmədə işə baxan hakimlər prokurorluğun protestini təmin edib və Şirvan Apelyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib,işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu dəfə iş materialları yenidən Şirvan Apelyasiya Məhkəməsində, hakim Ələsgər Novruzovun icraatında araşdırılıb. Qərar qəbul olunan zaman təqsirləndirilənlər - İltizam Mehrəliyev və Kazım Mehrəliyevin barəsində bəraət hökmü çıxarılmayıb.


Hakim heyəti Kazım Mehrəliyevə təyin edilmiş 10 il azadlıqdan məhrum etmə cəzasını 7 il 9 ay 5 günə endirib. Hakimlər digər təqsirləndirilən İltizam Mehrəliyevə 9 il 1 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökm qalan hissədə dəyişdirilməyib.

Bu qərardan narazı qalan İltizam Mehrəliyev və Kazım Mehrəliyev kasasiya şikayəti veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Hər iki şəxsin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.


Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Kazım Mehrəliyevin vəkili Fədai Quliyev çıxış edib. Vəkil bildirib ki, apelyasiya instansiya məhkəməsi qanunsuz və əsassız qərar qəbul edib: “İş materiallarında cinayət hadisəsinin Kazım Mehrəliyev tərəfindən törədilməsini təsdiq edən sübut və dəlillər yoxdur. Eyni zamanda cinayət işinin materiallarında ittiham tərəfinin sorğusu ilə əldə olunmuş mobil telefon rabitəsi vasitəsindən hadisə baş verən gün və saatlarda Kazım Mehrəliyevin başqa yerdə olması faktı tam təsdiqini tapır. Bütün bunlar təsdiq edir ki, ibtidai istintaqda, eləcə də birinci instansiya məhkəməsinin apardığı məhkəmə istintaqında yalnız zərərçəkmiş tərəfin mənafeyi, arzu istəyi nəzərə alınıb.

Hadisə baş verən vaxt Kazım Mehrəliyev orada olmayıb. Hadisə baş verəndən sonra ora atası İltizam Mehrəliyevlə birlikdə onun maşınında və onun dəvəti ilə gəlib. Məhkumun ibtidai istintaqa, eləcə də məhkəmə istintaqı zamanı ifadələrində hadisə yerinə atası ilə birlikdə hadisə baş verdikdən sonra gəldiyini bildirib”.

Digər təqsirləndirilən İltizam Mehrəliyevin vəkili İbarət Həsənov apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Kazım Mehrəliyev və İltizam Mehrəliyevin kasasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər