16 Sentyabr 2016 17:27
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirakda təqsirli bilinən Tehran Musayev, Səbuhi Cəfərzadə və İsmayıl Surxayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçən prosesdə hökm oxunub.

İsmayıl Surxayev 11 il, Tehran Musayev 13 il, Sənan Cəfərzadə isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 279-cu (qanunsuz silahlı dəstə yaratma) maddəsinə əsasən ittiham olunublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər