17 Sentyabr 2016 23:41
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə iki piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Şəhər sakini 1966-ci il təvəllüdlü Səbuhi İmamquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən iki piyada, 1995-ci il təvəllüdlü Tural Azər oğlu Musayev və onun həmyaşıdı Şamxal Arzu oğlu Qurbanovu vurub.

Xəsarət alan gənclər Gəncə şəhər Təcili Tibbi Ayrdım xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağır, digərinin isə normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Müəllif: