19 Sentyabr 2016 01:17
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdabda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub. Xəsarət alanlardan biri dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yerində dünyasını dəyişən "VAZ" markalı maşının sürücüsü Kürdəmir rayon sakini 1976-cı il təvəllüdlü Qabil Qaybalı oğlu Rzayevdir. Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən minik maşınında olan sərnişinlər, 1984-ci il təvəllüdlü Ramilə Rəhimdar qızı Zeynalova və onun azyaşlı qızı 2012-ci il təvəllüdlü Dəniz Kamran qızı Məmmədovadır. Həkimlərin səyinə baxmayaraq R. Zeynalova Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Zərdab- Kürdəmir yolunun Zərdab rayonunun Əlvənd kəndindən keçən hissəsində qeydə alınıb. "VAZ-2106" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə "VAZ" markalı maşının sürücüsü hadisə yerində dünyasını dəyişib, maşında olan bir qadın və bir azyaşlı isə ağır xəsarət alıblar. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin əməkdaşları minik maşınının sürücüsünün sıxılmış meyitini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Yaralılara isə Zərdab rayon təcili tibbi yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib və onlar ən yaxın məsafədə yerləşən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Hadisənin baş vermə səbəbi araşdırılır.


Müəllif: