21 Sentyabr 2016 17:03
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi iş adamları və vətəndaşların onlara verilmiş imtiyazlardan sui-istifadə etməsi qanun pozuntularına yol açır.

Teleqraf.com-un məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sərhədyanı bölgələrdə yaşayan vətəndaşlar bəzi məhsulları, xüsusilə siqaretləri istehlak məqsədi üçün gətirir, sonra isə satışa çıxarır.

Aydın Əliyev bildirib ki, artıq normativ-hüquqi baza ayda yalnız 1 dəfə 3 blok siqaretin gətirilməsinə imkan verir: “Son zamanlar elə bir gün yoxdur ki, gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda siqaret keçirilməsinin qarşını almasın. Siqaretlə bağlı qaçaqmalçılıq faktlarına daha çox Gürcüstan, İran, Rusiya istiqamətində rast gəlinir”.


Müəllif:

Oxşar xəbərlər