27 Sentyabr 2016 14:06
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Qoç ət" MMC-də satış meneceri işləmiş Etibar Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrlik etdiyi prosesdə hökm oxunub.

Etibar Aslanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, 3 il sınaq müddəti olmaqla 8 il şərti cəza alıb. Məhbus məhkəmə zalından azadlığa buraxılıb.

Etibar Aslanov Cinayət Məcəlləsinin 179-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham edilib. O, restoran və mağazalara ət məhsullarını paylayıb, "Qoç ət" MMC-nin 40 min manatını mənimsəyib. MMC rəhbərinin şikayətindən sonra Etibar Aslanov həbs edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər