Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmri ilə Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun bazasında “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitə (TK 19) yaradılıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, “Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd nəqliyyat sahəsində təhlükəsizlik, yol infrastrukturu, nəqliyyatın intelektual idarə edilməsi, nəqliyyat vasitələri, avtomobillər, qoşqular, yarımqoşqular, ehtiyyat hissələri, avtomobillər üçün gövdələr, nəqliyyat vasitələrinin hissələri və detalları və sair fəaliyyət istiqamətləri üzrə milli standartların hazırlanmasıdır.
“Yol nəqliyyatı” standartlaşdırma üzrə Texniki Komitəsinə rəhbərliyi “Sumqayıt Texnologiyalar Parkı” MMC həyata keçirəcək.
TK-nın strukturuna Nəqliyyat, İqtisadiyyat, Səhiyyə nazirlikləri, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, “Azəravtoyol” ASC, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC, Azərbaycan Texniki Universiteti, “NAZ LİFAN” Naxçıvan Avtomobil Zavodu, Gəncə Avtomobil Zavodu kimi təşkilatlar daxil edilib.
İlhamə ƏBÜLFƏT