Daşkəsən rayonunun Əmirvar kəndində bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, kənd sakini Ərəstun Zeynalovun evində həmkəndlisi İsmixan Bayramov ona bıçaqla xəsarət yetirib.
Ərəstun Zeynalov vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatını xilas etmək mümkün olub.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində İsimxan Bayramov tutulub.
Hacı Zeynalov