28 Sentyabr 2016 12:32
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq rəis müavini Mübariz Mədətovun evindən seyf oğurlamaqda təqsirləndirilən Ruslan Nabatov və Ramil Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ruslan Nabatov və tanışı Ramil Bağırov 17 may 2016-cı ildə gecə saatlarında Mübariz Mədətovun Zirə qəsəbəsindəki bağ evində içində 40 min avro və 10 min dollar olan seyfi oğurlayıblar.

Mübariz Mədətovun həyətyanı evində təmir getdiyindən evin açarı orada işləyən Anar adlı şəxsdə olub. Anar Sabirovun uşaqlıq dostu Ruslan Nabatov onun Mübariz Mədətova məxsus bağ evində işlədiyini bilib.

Hadisə baş verən gün təsadüfən Ruslanla rastlaşan Anar onu bağ evinə aparıb. Ruslan otaqları gəzərkən dəmir seyf görüb. Seyfin içərisində pul olduğunu yəqin edərək onu oğurlamağı qərara alıb. Bu haqda dostu Ramil Bağırova təklif edib. Sonuncu da razılaşıb. Hər ikisi sözügedən ünvana gələrək seyfi oradan oğurlayıblar.

Daha sonra maşını zibillik olan əraziyə sürüb seyfi sındırıraq içərisindəki pulları bölüblər.

Xəzər rayon Polis İdarəsi hadisəni törədən paytaxt sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutulub.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçən prosesdə hökm oxunub. Ruslan Nabatov və Ramil Bağırov hər biri 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes G Class” markalı avtomobillə Binə qəsəbəsi yaxınlığında xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu maşını vurub və ailənin iki üzvü vəfat edib. Bundan sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər