Respublika ərazisində yağan leysan yağışları ilə əlaqədar paytaxtın bəzi küçələrində subasma olub.
Teleqraf.com xəbər verir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları texnikanın köməyi ilə suçəkmə işləri aparır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərərgahının əməliyyat növbətçisi, daxili xidmət polkovnik-leytenantı Yaşar Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, yağmurlu hava şəraiti ilə əlaqədar Bakı şəhərinin müxtəlif rayonlarında və ərazilərində subasmalar olub. FHN-in 101 və 112 xidmətlərinə daxil olan zənglərə əsasən hazırda nazirliyin 20-dən artıq texnikası bu ərazilərdə suçəkmə işləri ilə məşğuldur. Bizim xidmət vətəndaşların müraciətlərinə əsasən hara lazım olarsa, ora texnika göndərməyə hazırdır.