Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, yoxlamadan əvvəl nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olub-olmaması barədə sorğu-sual edilən sürücü gömrükçülərə yox cavabı verib.
Nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı avtomobilin salonundan və mühərrik yerindən gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan, bir hissəsi isə Gürcüstanın aksiz markası ilə markalanan ümumilikdə 3 adda 6800 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.