7 Oktyabr 2016 09:04
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yük maşını qatarla toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakının Xəzər rayonunda “Qaz” markalı yük avtomobili dəmir yol keçidi ilə hərəkət edən yük qatarına çırpılması nəticəsində nəqliyyat hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və deformasiyaya uğramış avtomobildən sürücünün sıxılmış vəziyyətdə qalmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 06:32-də başa çatıb.


Müəllif: