9 Oktyabr 2016 23:33
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustanda yanğın qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Qobustan rayonu, Cəmcəmli kəndində "Ford" markalı mikroavtobusun salonu və mühərrik hissəsi yanıb.

Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: