11 Oktyabr 2016 15:14
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sadiq Fətullayevin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçən prosesdə hökm oxunub.

Sadiq Fətullayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qətl bu il yanvarın 4-də saat 6 radələrində baş verib. Səbail rayonu, Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilmiş xəsarətlərlə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Polis və prokurorluq əməkdaşlarının birgə istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasovun olduğu müəyyən edilib. “İsti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Sadiq Fətullayev tutulub.

O, Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbə(b olduqda) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər