12 Oktyabr 2016 16:18
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nəsimi rayon Məhkəməsində AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin ev dustaqlığına buraxılması ilə bağlı iddia ərizəsinə baxılıb.

Teleqraf.com xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Faiq Əmirlinin ərizəsi təmin edilməyib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Faiq Əmirlinin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Faiq Əmirli avqustun 20-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər