21 Oktyabr 2016 12:25
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonunda nazirlik əməkdaşının yaşadığı evdə baş verən partlayış hadisəsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com-un xəbərinə görə, rəsmi məlumatda bildirilib ki, oktyabrın 20-də saat 6 radələrində Abşeron rayonunun Hökməli kəndində yaşayan Müşfiq Qurbanovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.

Nəticədə evin yanar konstruksiyaları yanıb, xəsarət almış Müşfiq Qurbanov, arvadı Şəbrur, qızları Leyla və Banuçiçək xəstəxanaya yerləşdirilib, Banuçiçək orada ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müşfiq Qurbanov nazirliklərdən birində çalışır. Şəbrur Novruzova isə xəstəxanaların birində həkim-cərrah kimi fəaliyyət göstərib. O, Azərbaycan Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır.


Müəllif:

Oxşar xəbərlər