28 Oktyabr 2016 17:39
1 487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkum, 1989-cu il təvəllüdlü Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ayxan Məmmədovun həyat yoldaşı, cinayət işi üzrə zərərçəkmiş Günay Məmmədova ifadə verib.

Günay Məmmədova qapalı məhkəmə prosesində dinidilib. O, ifadə verən zaman mətbuat nümayəndələri zala buraxılmayıblar.
Hakim Samir Əliyev ailə sirri ilə bağlı prosesin qapalı keçirildiyini söyləyib, media nümayəndələrinin zaldan çıxmasına göstəriş verib.

Qeyd edək ki, hadisə bu il fevral ayının 4-də Bakının Binəqədi rayonunda baş verib. Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Daha sonra Ayxan Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Ayxan Məmmədov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. Həmin zaman Sevinc Babayeva "İnterpol" xəttiylə axtarışa verilib.

O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər