Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Arzuman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Tamella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə hökm oxunub.
Arzuman Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Arzuman Əliyev iş adamı Rüfət Vəliyevi Nizami rayonunun ərazisində olan Dövlət Neft Şirkətinin Hüquq Departamentində şöbə müdiri təyin etmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib.
Bundan başqa, o, həmin ilin yayında iş adamı Etibar Kərimovun etibarından istifadə edərək ona küllü miqdarda ziyan vurub. 2007-2008-ci illərdə isə o, iş adamları Nazim Tahirova və Elbrus Məmmədova məxsus küllü miqdarda əmlakı mənimsəyərək talan edib.
Hacı Zeynalov