Rüşvət almaqda ittiham olunan Balakən rayon Əhalinin sosial müdafiəsi Mərkəzinin direktor müavini Əfqan Əliyev, mühasibat uçotu sektorunun baş mühasibi Kəmalə Əsədullayeva və sektorun məsləhətçisi Təranə Tinatiyevanın məhkəməsi başa çatıb.
Təqsirləndirilən şəxslər Balakən rayon sakinlərinin adına ünvanlı dövlət sosial yardım rəsmişlədiriblər. Lakin həmin vəsaiti özləri mənimsəyiblər. Onlar 2009-cu il iyulun 1-dən 2010-cu il 1 iyulunadək 567293 manat, 2010-cu ilin mart-aprel aylarında isə 606987 manat məbləğində pul ələ keçiriblər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əfqan Əliyev 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Kəmalə Əsədullayeva və Təranə Tinatiyevaya isə 5 il müddətinə şərti cəza alıblar. Qadınlar məhkəmə zalından azad ediliblər.
Hacı