Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 1964-cü il təvəllüdlü Akif Əmiraslanovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışı noyabrın 22-nə təyin edilib.
İttihama görə, əslən Dəvəçi (indiki Şabran) rayonundan olan Akif Əmiraslanov 2003-cü ilin may ayından Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi tərəfindən axtarışda olub. Daha sonra “İnterpol” xətti ilə axtarışa verilən Akif Əmiraslanov Rusiyanın Volqoqrad şəhərində saxlanılıb.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov