9 Noyabr 2016 21:53
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda oğurluq hadisəsi baş verib. Teleqrafşcom xəbər verir ki, hadisə Boradigah qəsəbəsində qeydə alınıb.

Noyabrın 7-də qəsəbə sakini Gülşən İsmayılovanın evindən 4 min manat, qızıl və məişət əşyaları oğurlanıb.

Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən qohumları qəsəbə sakinləri Cahid Həbibov və İsmayıl İsmayılzadə saxlanılıblar.

Hacı Zeynalov


Müəllif: