11 Noyabr 2016 12:27
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Elməddin Əhmədovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edib.

ElməddinƏhmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Daha sonra zərərçəkmişin hüquqi varisinin məhkəməyə gəlmədiyi məlum olub. Hakim bildirib ki, zərərçəkmiş şəxsin hüququ varisi məhkəməyə məktub göndərib. Hakim məktubu oxuyub. Zərərçəkmişin hüquqi varisi məktubda qeyd edib ki, təqsirləndirilənin özünün də iştirakı ilə dindirilməsini istəyir.

Buna görə də hakimlər təqsirləndirilən şəxsi dindirməyiblər. Növbəti proses noyabrın 17-ə təyin edilib.

İttihama görə, bu il yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Məlum olub ki, yanvarın 13-nə keçən gecə Könül Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini Elməddin Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən Elmədin Əhmədov hadisə yerində olmayıb.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan Elməddin Əhmədov tutulub. Aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun Könül Zalovanı boğaraq qətlə yetirdiyi müəyyən edilib.

Könül Zalovanın atası Zülfi Zalov Sumqayıt Dövlət Universitetinin müəllimidir. Ancaq ailəsi ilə münasibətlərinin yaxşı olmadığı iddi olunur.

Könül Zalovanın 12-13 yaşlarında bir oğlu var. Asma xəstəliyindən əziyyət çəkən uşağı kimin saxladığı məlum deyil. Könül Zalovanın Elməddin Əhmədovla uzun müddət münasibəti olub. Qətlə pul mübahisəsinin səbəb olduğu deyilir. Könül Zalova Elməddin Əhmədovun 200 min manat pulunu mənimsəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər