Bakının Suraxanı rayonunda 53 yaşlı kişi özünü öldürmək istəyib. Teleqraf.com xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Dadaş Dadaşov intihar etmək məqsədilə ülgüclə boğazını kəsib. O, ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Vaxtında tibbi yardım göstərildiyi üçün Dadaş Dadaşovun həyatını xilas etmək mümkün olub. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov