15 Noyabr 2016 09:43
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma olub. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 27 yaşlı Yaşar Abbasov tanışı tərəfindən bıçaqlanıb.


Yaşar Abbasov xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Binəqədi rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin tutulması üçün tədbirlər görür.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər