15 Noyabr 2016 14:04
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Lerik rayonunda baş verən hadisə ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 12-də Lerik şəhər sakini Sənay Nəhmətova rayon polis şöbəsinə müraciət edərək işlədiyi uşaq bağçasında tərbiyə alan 4 yaşlı Xədicə Əzizovanın qulağından aldığı xəsarətlə bağlı uşağın atası Kamal tərəfindən əsassız günahlandırıldığını, bununla əlaqədar noyabrın 11-də sonuncu şəxs tərəfindən sosial şəbəkəyə videogörüntü yerləşdirildiyini bildirib.

Lerik rayon polis şöbəsi tərəfindən aparılmış araşdırmalar zamanı Xədicənin 2015-ci ilin sentyabr ayında yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığı, qonşuları Eldəniz Quliyevin isə cari il noyabrın 11-də Kamalın ruhi xəstə olmasından istifadə edərək ona pul verəcəyini vəd etməklə Sənay Nəhmətovaya şər atması ilə bağlı sözügedən videogörüntünü çəkib sosial yerləşdirdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər