Şirvan şəhər polis şöbəsində intihar hadisəsi baş verib.
Teleqraf.com APA-ya istinadla xəbər verir ki, polis şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər boğazını və qollarını doğrayıb.
Vaqif Muradov çoxlu qan itirdiyindən dünyasını dəyişib.
Məlumata görə, zorlamada ittiham olunan Vaqif Muradov Sabirabad rayon polis şöbəsi tərəfindən tutulub. Sabirabadda təcridxana təmir olunduğundan Vaqif Muradov Şirvan rayon polis şöbəsində saxlanılırmış.