Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Elton Əliyevin ibtidai istintaqa verdiyi ifadəsi üzə çıxıb.
E. Əliyev ifadəsində bildirib ki, atası Əliyev Nəsib Yusif oğlu “Badu Kubə” MTK və “Şahbulaq” MTK-nın təsisçisi, eləcə də “Yeni Yasamal” MTK-nın həmtəsisçisi olub.
E. Əliyev deyib ki, 2007-ci ilin sentyabr ayında saat 11 radələrində Atatürk prospektində “Texnikabank”ın əsas filialının inzibati binasından işdən çıxarkən mülki geyimli iki nəfər ona yaxınlaşaraq MTN-in vəsiqəsini göstərib, nazirliyə getməli olduğunu deyiblər. Həmin şəxslərdən hansı səbəbdən onlarla getməli olduğunu soruşduqda ona hər şeyin nazirlikdə araşdırılacağı bildirilib.//APA