29 Noyabr 2016 15:48
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tehran Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, ittihama görə, bu il avqustun 4-də Xaçmaz rayonunun Gödəkli kəndində şəhər sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.

Hadisədən 5 gün sonra Baş Cinayət Axtarışı İdarəsi və Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Tehran Quliyev tutulub.

Məlum olub ki, Cəfər Hacıyevi qətlə yetirən onun həmkəndlisi olub. Hadisə şəxsi münaqişə zəminində baş verib. Məlumata görə, qətlə yetirilən şəxsin həmkəndlisinə borcu olub. Pul sahibi pulunu istəmək üçün Cəfər Hacıyevlə kəndin kənarındakı avtomobil yolunun kənarında görüşüb. Mübahisə zamanı pul sahibi Cəfər Hacıyevi döyüb.

Cəfər Hacıyevin öldüyünü görən Tehran Quliyev onu yolun kənarına ataraq hadisə yerindən qaçıb.

Qətlə yetirilən şəxs uzun müddət “Kamaz” sürücüsü işləyib. Onun həyat yoldaşından ayrıldığı bildirilir. Qətlə yetirilən gün evdən avtomobilsiz çıxıb.

Hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 29 təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər