Bakının Binəqədi rayonunda 4 ay əvvəl baş verən cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Aydın Qasmov tutulub.
O, bu ilin avqustun 21-də Bakı şəhər sakini Nizami Bayramova xuliqanlıq zəminində bıçaqla xəsarət yetirməkdə şübhəli bilinib.
Hacı Zeynalov