“Sahibkar Rauf Həsənovdan 2010-cı ilin iyun ayında dəstə üzvü olan sabiq rəisi Sübahir Qurbanovun tapşırığı ilə hədə-qorxu gəlməklə 100.000 ABŞ dollarının tələb olunmayıb”.
Bu barədə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəis müavini, 1-ci idarənin sabiq rəisi Füzuli Əliyev təqsirləndirildiyi cinayət işi üzrə istintaqa verdiyi ifadəsində deyib.
O, bildirib ki, Rauf Həsənovun pulu vermədikdə 2010-cu ilin iyul ayında hakimiyyətdən və qulluq mövqelərindən sui-istifadə etməklə ondan hədə-qorxu yolu ilə 300.000 ABŞ dolları rüşvət alımayıb. Təqsdirləndirilən bildirib ki, Rauf Həsənov adlı şəxsi tanımır.
Bakı şəhərində yerləşən “Gənclik” univermağında zərgərlik məmulatlarının satışı ilə məşğul olan və brilyant qaşların qaçaqmalçılığına görə Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə barəsində Dövlət Gömrük Komitəsinin istintaq idarəsində ibtidai istintaq aparılan Rəşad Mehrəliyevdən 2010-cu ilin may-iyun aylarında dəstə üzvü, sabiq rəisi Sübahir Qurbanovun tapşırığı ilə hakimiyyət və qulluq mövqeyindən sui-istifadə olunmaqla dələduzluq yolu ilə ibtidai istintaq zamanı barəsində həbs qətimkan tədbirinin seçilməyəcəyi adı ilə 65.000 ABŞ dollarının ələ keçirilməsi faktı üzrə Füzuli Əliyev ittihamı təkzib edib. O, zərgər Rəşad Mehrəliyevdən pul almadığını deyib.
Daha sonra Füzuli Əliyev qeyd edib ki, zərgərlik məmulatlarının satışı ilə məşğul olan Mübariz Paşayevi tanıyıb. O, Mübariz Paşayevi 2010-cu ilin noyabr ayında Sübahir Qurbanovun tapşırığı ilə Natiq Alıyev və Zaur Məmmədovla birlikdə qanunsuz azadlıqdan məhrum etməyib: “Hədə-qorxu ilə ondan 1.000.000 manat tələb olunmayıb. Onun 224.056 manata bərabər 280.000 ABŞ dolları dəyərində brilyant qaşlarının ələ keçirilməsi faktı da düzgün deyil. Mübariz Paşayevi tanısam da, ondan heç vaxt hər hansı məbləğdə pul almamışam”.
Füzuli Əliyev rəisi olmuş Sübahir Qurbanovun tapşırığı ilə 2011-ci ilin yayında vəzifədən sui-istifadə olunmaqla və hədə-qorxu ilə zərgər Elman Məlikovdan 150.000 ABŞ dolları tələb etmədiyini deyib: “Onunla işimizin olmayacağı adı ilə ümumi himayədarlığa görə 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin rüşvət kimi alınmayıb. 2015-ci ildə həmin şəxsin telefon nömrəsi üzrə əməliyyat-texniki tədbir keçirilməyib. Ümumiyyətlə Elman Məlikovu tanımıram. Həmin şəxsdən heç vaxt pul almamışam”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, dəstə üzvləri tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ehtibar Rzayevin külli miqdarda pul vəsaitini almaq üçün ona hədə-qorxu gəlməyiblər: “Ehtibar Rzayevin əmlakını ələ keçirmək məqsədimiz olmayıb”.
Qeyd edib ki, özünün göstərişi əsasında Zaur Məmmədov Ehtibar Rzayevi MTN-nə çağıraraq özü ilə birlikdə “Texnikabank”dan pul köçürmələrini “offşor” üzərindən etdiyini, belə köçürmələr silah qaçaqmalçılığı və narkotik alveri üçün edildiyi barədə ittihamlar irəli sürüb və hədə-qorxu gələrək 100.000 manat pul tələb edərək 50.000 ABŞ dolları alınması ittihamı düzgün deyil: “Ehtibar Rzayevi tanımamışam, onu heç vaxt görməmişəm və sonuncunun mənim barəmdə dedikləri böhtandır”.
Füzuli Əliyev 2012-ci ilin sentyabr-dekabr aylarında Sübahir Qurbanovun imzaladığı tapşırıqla dəstə üzvləri olan Natiq Alıyev, monitorinq mərkəzinin sabiq rəisi Teymur Quliyev, həmin mərkəzin əməkdaşı Fərhad Atayev tərəfindən vəzifədən sui-istifadə olunmaqla zərgərlik əşyalarının satışını həyata keçirmiş Azad Əzimovun telefonlarının qanunsuz dinlənilməsi, onun MTN-ə gətirilərək qanunsuz azadlıqdan məhrum olunması, hədə-qorxu ilə 200.000 manat pulunun tələb olunması, sonuncudan 50.000 manat məbləğində nağd pul vəsaiti və 85.300 ABŞ dollar dəyərində brilyant daşlarının rüşvət kimi alınması ilə əlaqədar ifadə verib.
Bildirib ki, həmin şəxsi tanımayıb, ondan bu miqdarda pul və ya qızıl tələb etməyib.
Füzuli Əliyev MTN-nin maliyyə idarəsinin xəzinəsindən baş idarə rəisi işləmiş Sübahir Qurbanovun imzaladığı raportlar əsasında müvəqqəti cəlb olunmuş Azərbaycan Respublikası vətəndaşlarının mükafatlandırılmasına sərf olunması adı ilə külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi ilə əlaqədar ifşa olunduğunu bilərək sualların əksəriyyətinə cavab verməkdən imtina edib.
O, bildirib ki, Emin İmaməliyevin xəzinədən aldığı 100.000 manat məbləğində pulu ona verməsi barədə ifadəsini təsdiq etməyib və xidmətdə olduğu vaxt ərzində heç vaxt dövlətin pul vəsaitlərini mənimsəməyib.
Füzuli Əliyev Bakı şəhərində yerləşən “Laçın” Ticarət Mərkəzində zərgərlik əşyalarının satışını həyata keçirən Aslan Cahangirovun və onun tanışı Elxan Hüseynovun telefonlarının qanunsuz dinlənilməsi ittihamı üzrə də dindirilib. O, əldə olunmuş məlumatlardan istifadə etməklə 2014-cü ilin mart ayında Sübahir Qurbanovun tapşırığı ilə özü, Natiq Alıyev və Zaur Məmmədov tərəfindən Aslan Cahangirovu və Elxan Hüseynovu MTN-ə gətirilib və hər ikisi qanunsuz azadlıqdan məhrum olunmaqla hədə-qorxu ilə 50.000 manat nağd pul vəsaiti və 100.000 ABŞ dolları dəyərində brilyant daşlarının rüşvət alınması barədə də ittihamları qəbul etməyib: “Aslan Cahangirovu tanımamışam. Sonuncunun ətrafında əməliyyat tədbirlərinin keçirilməsini xatırlamaram. Həmin şəxsin 2014-cü ilin mart ayında tərəfimdən saxlanılaraq MTN-nin inzibati binasına gətirilməyib. Aslan Cahangirovun qardaşı Elçindən 50.000 manat pulun və 100.000 ABŞ dolları dəyərində qaş-daşın alınmasını təsdiq etmirəm”.
Təqsirləndirilən Füzuli Əliyev istintaq sübutları ilə tam təsdiqini tapmış, Sübahir Qurbanovun imzaladığı tapşırıq əsasında Mərkəzi Univermaqda zərgərlik əşyalarının satışını həyata keçirən sahibkar Ramin Babayev və onun şəriki Şahin Məmmədovun 2014-cü ilin sentyabr ayında Monitorinq mərkəzinin sabiq rəisi Teymur Quliyev, həmin mərkəzin əməkdaşı Fərhad Atayev tərəfindən telefonlarının qanunsuz dinlənilməsi, əldə olunmuş məlumatlardan istifadə etməklə özünün tabeçiliyində olmuş dəstə üzvləri, 2-ci İdarəsinin sabiq rəisi Natiq Alıyev, sabiq şöbə rəisinin müavini Zaur Məmmədov vəzifədən sui-istifadə olunmaqla quldurluq basqını etmələri, hər iki zərər çəkmiş şəxsin qanunsuz azadlıqdan məhrum olunmaları və hədə-qorxu ilə 45.000 ABŞ dolları nağd pul vəsaitinin ələ keçirilməsi faktını təsdiq etməyib. Həmin şəxsləri tanımadığını bildirib.
Həmçinin Füzuli Əliyev bildirib ki, Kamal Seyfullayevin telefon danışıqları MTN-nin Monitorinq mərkəzinin sabiq rəisi Teymur Quliyev və həmin mərkəzin sabiq baş mütəxəssisi Fərhad Atayev tərəfindən qanunsuz dinlənilməsi təmin edilməyib, 2014-cü ilin dekabr ayında Sübahir Qurbanovun tapşırığı ilə özü, sabiq əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov tərəfindən həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə Kamal Seyfullayevi və İlkin İbadovu azadlıqdan qanunsuz məhrum etməklə hədə-qorxu ilə 2.000.000 manat nağd pul vəsaitinin tələb etməyiblər: “Kamal Seyfullayevi 2005-ci ildən tanımışam. Bildiyimə görə həmin şəxs əvvəllər məhkum olunub. Məndə olan məlumata əsasən, həmin şəxs narkotik vasitələri istifadə edib, dələduzluq və şübhəli maliyyə əməliyyatları keçirən şəxs olub. O, 2008-ci ildə Moskva şəhərində digər şəxslərlə əlbir olaraq bir neçə qeyri-qanuni maliyyə əməliyyatları nəticəsində külli miqdarda pul vəsaitləri itirərək Bakı şəhərinə qayıdıb. Həmin şəxsin hər hansı bizneslə məşğul olması barədə heç bir məlumatım olmayıb. Onun biznesi olması inandırıcı deyil. Ona görə də 4-cü Baş idarənin və rəhbərlik etdiyim 1-ci idarənin əməkdaşları tərəfindən həmin MMC-lər üzrə hər hansı yoxlama, əməliyyat tədbirləri aparılmayıb”.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılacaq.
Cinayət işi hakim Həbib Həsənovun icraatında yanvarın 19-da Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq.
Hacı Zeynalov