10 Yanvar 2017 14:54
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində Mərkəzi Bankın idarə heyətinin sədr müavini Aftandil Babayev tanınıb.

Teleqraf.com xəbər verir ki, Aftandil Babayev istintaqa zərər çəkmiş şəxs qismində ifadəsində bildirib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinin sədr müavini işləyib, xidməti istifadəsində 4931196 nömrəli telefon olub: “Xidməti işimlə əlaqədar həmin telefondan istifadə etmişəm, danışıqlar aparmışam. Heç vaxt hüquq mühafizə orqanlarına, o cümlədən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunmamışam və ya aparılmamışam. Mənə qarşı sözügedən nazirliyin əməkdaşları tərəfindən hər-hansı qanunsuz tələblər irəli sürülməyib”.

Cinayət işinin materiallarından görünür ki, Aftandil Babayevin 2015-ci il ərzində keçmiş MTN-nin əsas inzibati binasına və nazirlikdə vətəndaşların qəbulu otaqlarının yerləşdiyi inzibati binaya daxil olma və çıxma faktları müvafiq qeydiyyat jurnallarında mövcud deyil.

Məlum olub ki, Aftandil Babayevin 012-493-11-96 şəhərdaxili telefon nömrəsi 22 sentyabr 2015-ci il tarixdən keçmiş MTN-nin Əməliyyat-texniki idarəsində nəzarətə qoyulub.

Sifarişçi keçmiş MTN-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə baş idarəsinin sabiq rəis müavini Füzuli Əliyev olub, əməliyyat-texniki tədbirin keçirilməsi ilə bağlı tərtib olunmuş 000774 saylı tapşırıq blankının 11-ci bəndində (tədbirin əsaslandırılması) “QƏTİ-2560” göstərilib.

Sabiq nazir Eldar Mahmudovun şifahi tapşırığı əsasında dinləmə tədbiri həmin baş idarənin tərkibində Sübahir Qurbanovun rəhbərliyi ilə idarənin sabiq rəis müavini Füzuli Əliyevin yaratdığı “qrupun” icraatında olub. Qrupun üzvü olmuş Zaur Məmmədovun 24 sentyabr 2014-cü il tarixdə tərtib edərək imzaladığı qərarla QƏTİ-nin açılmasına səbəb kimi həmin vaxt icraatda olmuş S-258 nömrəli siqnal materialı göstərilib.

Baş idarənin sabiq idarə rəisinin müavini Zaur Məmmədovun 23 sentyabr 2014-cü il tarixdə tərtib edib imzaladığı S-258 siqnal işinə dair arayışda Aftandil Babayev və onun istifadə etdiyi telefon nömrələri barədə məlumat aşkarlanmayıb, Sübahir Qurbanov və Füzuli Əliyev tərəfindən də 23 sentyabr 2014-cü il tarixdə imzalanmış arayışda S-258 siqnalın açılmasına səbəb kimi Azad Səlimlinin və Əflatun Hacıyevin gümüş məmulatlarının Türkiyədən ölkə ərazisinə qaçaq yolla gətirilməsi ilə məşqul olmaları göstərilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər