Bakının Xətai rayonunda ötən il ərzində baş verən dələduzluq və oğurluq faktlarının üstü açılıb.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən paytaxt sakini Mübariz Quliyev tutulub.
Mübariz Quliyev ötən il yanvarın 29-dan dekabrın 30-dək olan müddətdə Bakı şəhər sakini olan 6 nəfərin ümumilikdə 3300 manat pulunu dələduzluq yolu ilə almaqda, habelə 1 nəfərin bankomat kartından 500 manat pul oğurlamaqda şübhəli bilinib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov