17 Yanvar 2017 16:03
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il dəhşətli qətl törədən Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2016-cı ilin iyunun 19-da, səhər saatlarında Ağstafa çayının Qazax rayonunun Xanlıqlar kəndi ərazisindən keçən hissəsində üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan 25-30 yaşlarında naməlum qadın meyiti aşkar edilib.

Meyitin Gürcüstan vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsus olduğu müəyyən edilib. Cinayətin Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən törədildiyi məlum olub.

Elmira Tanrıverdiyeva ilə Eldəniz Babayevin qeyri-rəsmi münasibətləri olub. Eldəniz Babayev Elmiranın 2 yaşlı qızı Fatiməni də boğaraq öldürüb və daha sonra uşağın meyitini çaya atıb.

Müəyyən edilib ki, Elmira Tanrıverdiyeva Eldəniz Babayeva 2 yaşlı Fatimənin onun qızı olduğunu bildirib. Eldəniz isə qeyri-rəsmi yaşadığı qadının bu dedikləri ilə razılaşmayıb. Bildirib ki, 2 yaşlı qız onun yox, başqa kişi ilə olan münasibəti nəticəsində dünyaya gəlib.

Eldəniz Babayev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hokum ilə Eldəniz Babayev ömürlük azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər