Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ümid Əkbərov küçəsi, 86 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Almaz Sayadovaya məxsus fərdi yaşayış evindən 1500 manat və 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov