Şirvan şəhərində yaşayış evinə basqın edilib. Teleqraf.com xəbər verir ki, şəhər sakini Mətanət Salahovanın evinə qarət məqsədilə basqın olub.
Onun evinə girən naməlum şəxs səs-küyə oyanan ev sahibini boğmağa cəhd göstərib, oğlu Elbrusa bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.
Şirvan şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini İlkin Xanteymurov tutulub.
Hacı Zeynalov