26 Yanvar 2017 17:06
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə “Clobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov sön sözlə çıxış edib.

Çıxışında öncə yanan binada həyatını itirənlərin yaxınlarına başsaqlıqı verən Uğur Bəşirov ittihamın ona aydın olmadığını, özünü təqsirli bilmədiyini məhkəmənin diqqətinə çatdırıb.
Uğur Bəşirov məhkəmənin barəsində bəraət hökmü çıxaracağına əmin olduğunu deyib.

Bundan sonra məhkəmə heyəti müşavirəyə yollanıb. Məhkəmə prosesi sabah davam edəcək. Sabah təqsirləndirilən şəxslərə hökm oxunacağı gözlənilir.

Prokuror Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il, Ağacavad Məmmədovun 5 il və Akif Əlibəyovun 5 il azadlıqdan məhrum edilməsini istəyib.

Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq prospekti” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.
“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədovun barəsində cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər