31 Yanvar 2017 14:38
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bank filiallarından birinə basqın edilib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində yerləşən “Bank of Baku” ASC-yə məxsus filialda baş verib.

“Bank of Baku” ASC-yə məxsus filialdan Baş Mühafizə İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Hadisə yerinə gələn Sabunçu rayon Mühafizə İdarəsinin əməkdaşları giriş qapısının şüşəsinin sındırıldığını görüblər.

Əməkdaşlar obyektin qarşısında olan Suraxanı rayon sakini, 1971-ci il təvəllüdlü Flora Qarayeva saxlayıblar. Onun əlində daş parçası olub. Qadının daş parçası ilə bankın şüşəsini sındırdığı müəyyən edilib.

Flora Qarayeva 13-cü polis bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər