2 Fevral 2017 23:52
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki bərbərxanalardan birindən 2.000 manat pul və bərbər ləvazimatları oğurlanıb.

Oğurluq hadisəsini törədən şəxsin müəyyən edilərək həbs edilməsi üçün Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Səmədov tutulub.

Hacı Zeynalov


Müəllif: