7 Fevral 2017 16:53
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində qeydə alınıb.

Ticarət mərkəzində Qədir Qədirova məxsus mağazadan laqonda aparatının ehtiyat mişar daşları oğurlanıb. Oğurluğu törədən Ağsu rayon sakini, 1963-cü il təvəllüdlü Əlikram Abdullayev mühafizə polisinin əməkdaşları tərəfindən yaxalanıb.

Onun barəsində tədbir görülməsi üçün Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsinə təhvil verilib.

Müəyyən olunub ki, Əlikram Abdullayev həmin mağazadan 2016-cı ilin dekabrın 28-də 300 manat, ertəsi gün isə 150 manat dəyərində mişar daşları oğurlayıb.

Bundan başqa, o, Qədir Qədirova məxsus mağazaya dekabrın 30-da da oğurluğa girib. Həmin gün mağazadan 150 manat dəyərində mişar daşları oğurlayıb.

Əlikram Abdullayev əvvəllər Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu), 221.1-ci (xuliqanlıq), 234.1-ci (narkotik vasitələrdən qanunsuz istifadə etmə) və 177.1-ci (oğurluq) maddələri ilə məhkum olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə yenidən cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər