Lənkəran rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Parakənd kəndində qeydə alınıb.
Kənd sakini, 58 yaşlı Mələk Cəfərova özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidə tavandan asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayıb.
Mələk Cəfərovanın hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov