11 Fevral 2017 22:57
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci və 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Cavid Mustafayev tutulub.

O, yanvarın 23-ü və 27-də şəhər ərazisindəki gözəllik salonundan və mağazadan pul, 1ədəd kondisioner və ətriyyat oğurlamaqda şübhəli bilinir.


Cavid Mustafayev əvvəllər məhkum olunub.


Hacı Zeynalov


Müəllif: