14 Fevral 2017 09:05
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba-Bakı yolunun Sumqayıtdan keçən hissəsində zəncirvari qəza baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə zamanı 7 avtomobil toqquşub. Dərhal hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gəlib.

Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Hadisə nəticəsində Sumqayıt-Bakı yolunda tıxac yaranıb.

Qəzaya yolların buzlu olmasının səbəb olduğu ehtimal edilir.

Samir


Müəllif: