14 Fevral 2017 11:48
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin oktyabrında paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Şam Bağı” restoranının yaxınlığında qeydə alınıb. Qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A.Zeynalova xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Onu da əlavə edək ki, A.Zeynalova C.Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, C.Zeynalova 10 illik həbs cəzası istəyib.


Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses fevralın 17-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər