Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, iclasda deputat Fazil Mustafa qanun layihəsində “faktiki işğal olunduqda” ifadəsinə etirazını bildirib: “Məgər virtual işğal da olur? İşğal işğaldır da!”
Milli Məclis sədrinin birinci müavini Zifayət Əsgərov isə Fazil Mustafanın iradlarına cavab verib: “Konstitusiyanın 111-ci maddəsinə diqqət etmək lazımdır. Orada belə qeyd olunur: “Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda! Ardı da var. Fazil bəy, başınız qarışıb bədii ədəbiyyata, hüquq yadınızdan çıxıb”.
Nemət