17 Fevral 2017 16:24
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, rayon polis şöbəsi əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş İlyas Vahabovun Qalınçaq kəndində işlətdiyi kafeyə baxış zamanı 43,26 qram marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə həmin narkotik vasitəni ona satan Topçu kənd sakini Ədalət Babayev müəyyən edilib.

Onun evinə baxış zamanı 657,69 qram marixuana aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: