Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Esmira Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Esmira Muradova 7 il azadliqdan məhrum olunub.
Zamində olan Esmira Muradovanın barəsində həbs qətimkan imkan tədbiri seçilib və o, məhkəmə zalında həbs edilib.
Esmira Muradova Bakı sakinlərini fala baxmaq və işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirməkdə təqsirləndirilir.
Hacı Zeynalov