Masallı rayonunun Çaxırlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan kürsülü, birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 36 m2 sahədə yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 04:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.