Bakının Xətai rayonunda adam oğurluğu ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, martın 2-də Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə müraciət edib.
O, bildirib ki, tanışı, paytaxt sakini Sənan Abbasov 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlanıb.
35-ci polis bölməsi əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin gün Ağakərim Səmədzadənin qardaşı Fərid və tanışı Ziya Sultanovla birgə Sənan Abbasovu “Opel” markalı avtomobilə oturdaraq rayon ərazisində kirayəyə götürdükləri evə aparıb və orada saxlamaları müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ziya Sultanov, Ağakərim Səmədzadə və qardaşı Fərid tutulublar.
Faktla əlaqədar cinayət işi başlanıb.
Hacı Zeynalov